Bakı-Qazax magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Yevlax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini, 1978-ci il təvəllüdlü Cabbarova Aynurə Muradil qızı "KİA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.
Hadisə zamanı sürücü Aynurə Cabbarova, övladı 2008-ci il təvəllüdlü Cabbarov Mirhüseyn Mirzə oğlu və Gəncə sakini, 2002-ci il təvəllüdlü Aysun Darqayi Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
XXX
Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 12:30 radələrində magistral yolun Ağdaş və Yevlax rayonları arasından keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Yevlax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man