Balakən rayonunda yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man