ABŞ-da edam edilən məhkum əzab içində can verdi - FOTO

Maraqlı 30 Oktyabr 2021 | 17:43
OXUNUB: 831

Oklahomada son altı ildə ilk dəfə məhbusa qarşı ölüm hökmü icra edilib.

Edam edilən şəxs Con Qrant adlı biri olub.

“Con Qrant, Qey Karterin qətlinə görə bütün məsuliyyəti öz üzərinə götürmüşdü. O, öz cinayətini dərk etmək və günahını yumaq cəhdi ilə (mənim işlədiyim digər müştərilərdən qat-qat artıq) illərini ölüm kamerasında keçirib ”, – deyə vəkil yazılı açıqlamada bildirib.

Məhkum həbsxana işçisini öldürməkdə təqsirli bilinmişdi.

Qranta hökmün icrası zamanı istifadəsi mübahisələr doğuran və etirazlara səbəb olan “midazolam” preparatı vurulub. Belə ki, dərmanın istifadəsindən sonra əlverişli ssenariyə görə, məhkum dərhal huşunu itirir və bir neçə dəqiqədən sonra ölür.

Bununla belə, məhkumların uzun müddət əzab çəkdiyinin qeydə alındığı ən azı üç hadisə var. Bunların arasında ən dəhşətlisi 2014-cü ildə baş verib: məhkum inyeksiyadan bir saat sonra əzablar içində ölmüşdü.

Şahidlərin dediyinə görə, Con Qrant da dərman yeridildikdən sonra qıcolmalarla titrəyib və qusub. Onun əzabı təxminən 20 dəqiqə sonra başa çatıb.

“Həyata keçirilən ölüm hökmü məhkumun faciəli həyatında sonuncu ədalətsizlik oldu”, - deyə Qrantın vəkili bildirib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man