Avropa avtomobil sənayesində bitməyən böhran davam edir - Maqnezium qıtlığı

Nəqliyyat xəbərləri 30 Oktyabr 2021 | 09:11
OXUNUB: 493

Avropa avtomobil sənayesi ilin əvvəlindən yarımkeçirici qıtlığı və satışların azalmasına görə ciddi çətinliklə üz-üzə qalıb. Bu günlərdə daha bir problem ortaya çıxıb. Söhbət maqnezium qıtlığından gedir. Avtosfer.az xəbər verir ki, proqnoza görə, 2023-cü ildə Avropada istehsal olunacaq avtomobillərin sayı 14 milyon ədədə enəcək. İndi isə maqnezium qıtlığı bütünlükdə avtomobil sənayesini təhdid edir. 
Qıtlıq yenə də Çindən qaynaqlanır. Avropa ölkələri maqneziumun 95%-ni Çindən idxal edir. Bu ölkədə son 3 aydır hökm sürən enerji böhranına görə istehsal kəskin azalıb. Hasilatın azalması bazarda ciddi qıtlıq yaradıb. Bu səbəbdən maqneziumun 1 tonunun  qiyməti yanvarda 2 min dollardan 10 min dollara yüksəlib. London Metal Birjasının son seansında qiymət 14 min dolları keçib. Avtomobil istehsalçıları bu qiymətə metal əldə edəcəkləri təqdirdə ziyanla işləyəcəklər. Maqneziumu əvəz edən materialı tapmaq üçünsə kimyaçılara uzun illər və böyük vəsait lazım gələcək. 
Maqnezium poladdan 6, titandan 3 dəfə yüngündür. Ondan sürütnməyədavamlı və yüngül ərintilər əldə edilir. Bu ərintilərdən təkər diskləri, porşen, dirsəkli və qazpaylama vallarının istehsalında istifadə olunur. Başqa sözlə, maqneziumsuz mühərrik istehsalı mümkün deyil.  
Maqneziumun ən çox tələb olunduğu sahə aviasiyadır. Qıtlıq təyyarə istehsalını da təhdid edir. Avtomobil istehsalçılarının ehtiyatı dekabradək kifayət edəcək. Təyyarə istehsalçılarının rezervi barədə məlumat məxfidir. 
Nə qədər təəccüblü olsa da, maqneziumun aztapılan element deyil. Onun Yer qabığındakı həcmi dəmirdən çoxdur. Bu metalı utilizasiya yolu ilə də əldə etmək mümkündür. 
Avtomobil və komplektləşdirici istehsalçıları məsələ ilə bağlı Avropa Komissiyasına müraciət ediblər. Müraciətdə qeyd olunur ki, Çinin təchizatı dayandırması ataloqu olmayan problem yaradacaq.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man