Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son 9 ayda görülən işlərin hesabatını açıqlayıb. Avtosfer.az həmin hesabatı təqdim edir:
2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:
- Respublika əhəmiyyətli - 103.5 km;
- Yerli əhəmiyyətli - 312.5 km;
- Bakı şəhər yolları - 124 km.
2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:
- “Zəfər Yolu” üzərində 4;
- İsmayıllı rayonunda 4.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib:
- Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr;
- Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.
2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb:
- Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km;
- Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km;
- Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km;
- Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km;
- Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km;
- İsmayıllı rayonu, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km;
- Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km;
- Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.
Həmçinin:
- Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib;
- Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb;
- Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:
- Nərimanov rayonu - 8.89 km;
- Binəqədi rayonu – 12.9 km;
- Suraxanı rayonu – 11.8 km;
- Qaradağ rayonu – 6.6 km;
- Xəzər rayonu – 16.3 km;
- Xətai rayonu - 11,4 km;
- Yasamal rayonu – 3.98 km;
- Sabunçu rayonu – 5.7 km;
- Nəsimi rayonu – 3.6 km;
- Nizami rayonu – 5.5 km;
- Səbail rayonu – 7.8 km;
- Pirallahı rayonu - 2 km.
2021-ci ilin 9 ayı ərzində:
- 16 kəndlərarası avtomobil yolu layihəsinin,
- Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının,
- Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
2021-ci ilin 9 ayı ərzində:
- M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı);
- M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı)
- Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi;
- Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi;
- Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km);
- Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
- Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;
- Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;
- Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km);
- Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:
- 693 yol nişanı,
- 6 927 siqnal dirəyi,
- 2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib;
- 1301.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə:
- 6 055 p/m əyrixətli tirlər,
- 65 p/m beton bardür,
- 177 p/m mühafizə çəpəri,
- 20 işıq dirəyi,
- 15 yol nişanı,
- 4 məlumat lövhəsi,
- 3 dayanacaq,
- 18 səsboğucu lövhə,
- 1 hidravlik baryer və mühərriki,
- 164 m2 alkapon üzlük,
- 25 m körpü məhəccəri yararsız hala düşüb.
2021-ci ilin 9 ayı ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib:
- Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin,
- 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə,
- 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.
2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.