Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Yol qəzaları 28 Oktyabr 2021 | 12:07
OXUNUB: 641

Oktyabrın 27-si saat 15 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qəbələ rayon sakini Valeh Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən  piyada Narıngül Səbzəliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man