Avropada avtomobil satışı 1995-ci il səviyyəsinə enib - ŞOK SƏBƏBLƏR

Nəqliyyat xəbərləri 27 Oktyabr 2021 | 19:52
OXUNUB: 491

Avropa Avtomobil istehsalçılıarı Assosiasiyasının məlumatına görə sentyabrda qitədə 719 000 yeni avtomobil satılıb. Bu da illik əsasda 23% azalma deməkdir. Başqa sözlə, satış həcmi 1995-ci ildəki səviyyəyə enib. Avtosfer.az xəbər verir ki, 2020-ci ilin sentyabrında karantinin yumşaldılması ilə satışlar sıçrayışla artdı. Ehtiyatlar bir neçə ay ərzində tükəndikdən sonra başqa problem ortaya çıxdı: bu dəfə alıcılar sifariş etdikləri modeli vaxtında ala bilmirdilər. Səbəb yarımkeçirici (çip) qıtlığına görə istehsalın azalmasıdır. Buna görə də bazarda 2 ildən az istismar edilmiş avtomobillər yenilərdən bahadır.

Azalma əsasən böyük bazarlarda qeydə alınıb. İspaniyada ay ərzində geriləmə 15.7%, Fransada 20.5% təşkil edir. Əsas avtomobil istehsalçısı olan Almaniyada tənəzzül 25.7%-ə bərabərdir. Ən ciddi çökmə lüks avtomobilləri ilə məşhur olan İtaliyadadır – 32,7%.

Satışların azalması markalara görə dəyişir. Ay ərzində yalnız koreyalı istehsalçıların satışı yüksələn xətt üzrə gedib.

Bazarda tendensiya da dəyişib. Dizel mühərrikli avtomobillərin satışında geriləmə davam edib, hibrid modellərə maraq artıb. Ay ərzində satılmış avtomobillərin 39%-i benzin mühərrikli, 20.7%-i isə hibrid konstruksiyalı olub. Ağır yanacaqla işləyən avtomobillərin bazar payı 17.6% olub ki, bu da illik əsasda 10% geriləmə deməkdir.

Ümumilikdə il ərzində köhnə qitədə 7.5 milyon ədəd yeni avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 500 min ədəd çoxdur. İstehsalın və satışların bərpa olunması gələn payıza gözlənilir.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man