"Zəngin insanlar öz kapitallarının yalnız kiçik bir hissəsini investisiya etməklə dünya aclığı probleminin həllinə kömək edə bilər".
Avtosfer.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri David Beasley deyib.
David Beasley, xüsusilə, dünyanın iki ən varlı adamı Ceff Bezos və İlon Maska istinad edərək, "Milyarderlər indi aktiv olmalıdırlar. Sözün əsl mənasında öləcək 42 milyon insana kömək etmək üçün 6 milyard dollar “çətin deyil”. İlon Maskın sərvətinin 2%-i dünyadakı aclıq problemini həll edə bilər", - deyə ifadə edib.
Hesabatda dərc olunan yazıya görə, Əfqanıstan əhalisinin yarısı - 22,8 milyon nəfər kəskin aclıq problemi yaşayır. Qeyri-məhdud işsizlik, likvidlik böhranı və beş yaşınadək 3,2 milyon uşağın risk altında olması deməkdir.
Həmçinin də, "İqlim dəyişikliyi və Covid-19 pandemiyası kimi bir neçə böhranın "mükəmməl" fırtınası, bir çox ölkənin "aclıq qapısını döyməsi" deməkdir. Onların yeməkləri haradan aldığını bilmirəm. Artıq yardım üçün nağd pulumuz yoxdur, pulumuz tükənmək üzrədir”,- deyə David açıqlamasında bildirib.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, amerikalı milyarderlərin sərvəti pandemiya başlayandan bəri iki dəfə artaraq 5,04 trilyon dollara çatıb.
Unikal.org
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man