DYP-dən sürücülərə XƏBƏRDARLIQ: 50 manat cərimə oluna bilərsiniz

İctimai nəqliyyat 27 Oktyabr 2021 | 11:04
OXUNUB: 1554

Aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Avtosfer.az-a bildirib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir: “Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun rəftar etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır. Cəriməsi isə 50 manatdır”.
Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün idarəetmədə diqqəti olduqca önəmlidir. "Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o vurğulayıb.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man