Polis maşınlardakı bayraqları sökməyə başladı - VİDEO

İctimai nəqliyyat 26 Oktyabr 2021 | 14:00
OXUNUB: 629

Bakıda yol polisi əməkdaşı avtomobilin arxa şüşəsinə yapışdırılan bayrağı söküb.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Yol patrul xidməti əməkdaşı hərəkətdə olan “Mercedes-190” markalı avtomobili saxlayıb və arxa şüşəyə vurulan bayrağı sökməyə başlayıb. Sosial şəbəkədə yayılan bu görüntülərə izləyicilər tərəfindən müzakirələrə səbəb olub. İddia olunur ki, polis rəngləri düzgün olmadığı üçün bayrağı söküb. Görüntülərdən də bayrağın yaşıl rəngi olan hissəsinin göy rəngdə olduğu görünür. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Lent.az-a bildirib ki, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır:

“Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur. 

 O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür. 

Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur.  

Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man