Hansı qırıcı daha üstündür: F-35, yoxsa Su-57?

Maraqlı 26 Oktyabr 2021 | 13:30
OXUNUB: 557

Türkiyə də yerli döyüş təyyarələri istehsal etməyə başladı. 2023-cü ildə hazır olacaq, 2025-ci ildə sınaqdan keçirəcəyik və 2029-cu ildə havada görəcəyik.

Avtosfer.az xəbər verir ki, bu açıqlama ilə “A Haber”in jurnalisti Kərim Ulak çıxış edib.

"Bu müddət ərzində Hərbi Hava Qüvvələri nədən istifadə etməlidir? Təbii ki, biz F-16-ları modernləşdirmişik. Türkiyə 2017-ci ildə F-35 layihəsinə daxil edilib və bu təyyarənin 1005 hissəsini istehsal etməyə başlayıb ki, bu da 7 faiz edir. 5-ci nəsil adlanan F-35 F-22-ləri əvəz etməyə başlayacaq. Türkiyənin də daxil olması ilə xərclər 10 faiz azalmışdı.

F-35-ləri, F-16-ları ala bilməsək, Türkiyə nə edəcək? Türkiyə lazımi addımları atacaq. Məsələn, Su-57... F-35-i digər döyüş təyyarələrindən fərqləndirən ən mühüm xüsusiyyət onun təkmühərrikli olmasıdır. Əslində dezavantajdır. Olduqca yüngül qırıcı təyyarədir. Bütün bombaları içində daşıyır. Deməli, o, belə demək mümkünsə, şar kimidir. Bu şəkildə yanacaq çəni də içəridədir.

O, daim nasazlıqlar yaradır və havada pilotlar üçün manevr qabiliyyəti çox aşağıdır. Onun ən mühüm üstünlüyü radara görünmədən düşmənin hava məkanına daxil olması və yer hədəflərini bombalamasıdır.

Hava döyüşlərində Rusiyanın Su-57 qırıcısı kifayət qədər üstünlüklərə malikdir. Ən vacib xüsusiyyət uçuş məsafəsidir. İki mühərriki var. Su-57-nin ən mühüm xüsusiyyəti 6 saatlıq uçuş müddətidir. F-35-də isə bu cəmi 2,5 saat təşkil edir", - K.Ulak qeyd edib.      /axar.az/

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man