Paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospekti ilə A. Nemətulla küçəsi ilə kəsişmə hissəsindən “Nəriman Nərimanov” metrosu istiqamətində yolun yəni, A. Nemətulla 32 ünvanında istismara tam yararsız yarı sökülmüş binanın uçma təhlükəsi yaranıb. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli məlumat verib. Bildirib ki, qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan Heydər Əliyev prospektindən A. Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir. Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man