“Tesla”nın kapitallaşması rekord 900 milyardı keçib

Nəqliyyat xəbərləri 25 Oktyabr 2021 | 20:28
OXUNUB: 1500

Amerikanın “Tesla” şirkətinin kotirovkaları tarixi rekordu yeniləyərək 910 dollara çatıb. Beləliklə, şirkətin kapitallaşması 900 milyard dolları keçib.

Cümə günü ticarət sessiyasının sonunda “Tesla” səhmləri 1.75% artaraq 909.68 dollar qiymətinə olub. Əvvəlki rekord 900.4 dollar yanvarın 25-i qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl şirkət rüblük mənfəətinin rekord həddə çatdığını açıqlamışdır. Keçən rübün nəticələrinə görə, “Tesla”nın xalis mənfəəti illik olaraq 4.09 artaraq 1.62 milyard dollara, gəliri isə 1.6 dəfə artaraq 13.76 milyard dollara çatıb.

Bu xəbərin fonunda “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “Tesla” emitentinin kredit reytinqini “BB”dən “BB+” səviyyəsinə qaldırıb.

Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrikli avtomobillərin və əlaqəli texnologiyaların inkişafetdiricisi və istehsalçısı olaraq qurulub. Şirkətin baş ofisi Kaliforniyanın Palo-Alto şəhərində yerləşir. Elektrikli avtomobillərdən başqa şirkət öz texnologiyalarından istifadə edərək akkumulyator və elektrikli mühərriklər istehsal edir, sonra isə onları “Daimler” və “Toyota” kimi şirkətlərə satır.///banker.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man