Çinin “XPeng” şirkəti uçan avtomobillərin istehsalını planlaşdırır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni avtomobillər HT Aero adını alacaq.
Məlumata görə, ilkin mərhələdə tələbat çox olduğu təqdirdə uçan avtomobil istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.
Avtomobil göydə saatda 130 km sürətiylə hərəkət edəcək. Yeni avtomobilin təxmini qiyməti bir milyon yuan (təxminən 264 min manat) təşkil edəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man