Azərbaycanda bu körpüdən avtomobillə keçənlər 50 qəpik haqq ödəyir - FOTO

Maraqlı 25 Oktyabr 2021 | 16:01
OXUNUB: 7807

Sabirabad rayonunda, Kür çayının üzərində ödənişli körpü - panton körpüsü fəaliyyət göstərir.

“Report" xəbər verir ki, onun üzərindən avtomobillə keçənlər 50 qəpik haqq ödəyir.

Uzunluğu 170 metr, eni isə 5 metr olan bu körpü 2000-ci ildə istifadəyə verilib, rayonun Ulacalı və Qruzma kəndlərini birləşdirir. Kürün üzərində ona paralel bir neçə ödənişsiz körpü də var. Lakin onlar təxminən 12-15 km məsafədə yerləşdiyi üçün sürücülər 50 qəpik verib buradan keçməyə üstünlük verirlər. Həmin körpü həm də rayonun Qəzli, Yenikənd və Kovlar kəndlərinə getməyə, eləcə də Bakı-Qazax magistral avtomobil yoluna çıxmağa imkan verir.

Körpünün nəzarətçisi Mahir Mirzəyev deyir ki, obyekt fərdi sahibkara məxsusdur və sürücülər müəyyən edilmiş məbləği hər dəfə ödəməlidirlər. Məsələn, körpünün üstündən avtomobillə çayın o biri tərəfinə keçənlərdən geri qayıdanda da haqq alınır. Yəni, gediş-gəliş 1 manata başa gəlir. Bununla belə, I və II Qarabağ savaşında şəhid olmuş şəxslərin ailə üzvləri, eləcə də qazilər pul ödəmirlər.

Körpünün istifadəsindən yığılan vəsait hesabına burada çalışan 3 nəfərə maaş verilib, vergilər, istifadə olunan elektrik enerjisinin haqqı (körpünün işıqlandırılması üçün) ödənilir, eləcə də körpünün hər iki tərəfindəki yollar təmir edilir.

Körpü tikilənə qədər burada bərə fəaliyyət göstərib, insanların Kürün bir sahilindən o biri sahilində keçməsi üçün istifadə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man