Polis Xaçmazda nəzarət-profilaktiki tədbir keçirib - FOTO

İctimai nəqliyyat 25 Oktyabr 2021 | 14:36
OXUNUB: 1106

Xaçmaz rayonunda ictimai nəqliyyatda qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər  görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan avtosfer.az-a verilən məlumata görə, Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Xaçmazda ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb.  Tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmçinin, keçirilən tədbir zamanı sərnişin daşınması ilə məşğul olan sürücülərdən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunub. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man