Taksi sürücüsünün yuxulaması ona baha başa gəldi - FOTO

Yol qəzaları 25 Oktyabr 2021 | 12:39
OXUNUB: 345

Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı yük maşınına çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücü yüngül xəsarət alıb.

Əraziyə çağırılan təcili tibbi yardım briqadası hadisə yerində sürücüyə ilkin tibbi yardım göstəriblər.

Avtomobillər evakuasiya edilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya “Toyota”nın sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Taksi sürücüsünün yuxulaması ONA BAHA BAŞA GƏLDİ- FOTO Taksi sürücüsünün yuxulaması ONA BAHA BAŞA GƏLDİ- FOTO

apa

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man