Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə rayonun Padar Qışlaq kəndində qeydə alınıb. "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən yolun döngə hissəsində sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Ağayev Şahbaz Mirşəmi oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man