ABŞ-ın Kerrvil şəhərində (Texas ştatı) draq-reysinq üzrə yarışlarda (düz xətt üzrə avtomobil yarışı - red.) qəza baş verib.
Bu barədə şəhərin polis idarəsinin "Facebook" səhifəsində bildirilir.
Məlumata əsasən, avtomobillərdən biri idarəetməni itirərək tamaşaçıların yaxınlıqda park edilən avtomobillərinə çırpılıb: "Qəza iki nəfərin həyatına son qoyub: altı yaşlı uşaq hadisə yerində həlak olub, səkkiz yaşlı uşaq isə Kerrvildəki Piterson adına Regional Tibb Mərkəzinə çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb".
Bildirilir ki, qəza nəticəsində həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 4-ü ağır, ikisi uşaq olmaqla daha 4-ü isə yüngül xəsarətlər alıblar.
İnsidentin səbəbi ilə bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man