Fransanın turbo.fr saytında maraqlı bir foto dərc olunub. Avtosfer.az-ın xəbərinə görə fotodan görünür ki, yaşıllıq ərazisində parklanmış avtomobillərin arxasında böyük xəndək qazılıb.
Hadisənin baş verdiyi yeri göstərməyən müəllif iddia edir ki, ərazidə nəqliyyat vasitələrini saxlamaq qadağandır. Bələdiyyə işçiləri də dayanmaq qadağandır işarəsinin tələbinıə məhəl qoymayan sürücüləri xəbərdar etməyə lüzum görməyiblər. Onlar kommunal işlər üçün lazım olan xəndəyi qazaraq ərazidən uzaqlaşıblar. Gerisini qayda pozan avtomobil sahibləri düşünsün.
PS. Görəsən bizdə JEK işçiləri bu cür davransalar aqibətləri necə olardı?
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man