Beyləqan rayon sakini idarə etdiyi “Opel-Astra” markalı 99 OJ 354 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidə iki baş iribuynuzlu heyvanı vuraraq qəza törədib.
Sürücü, 1991-ci il təvəllüdlü Beyləqan rayonu Mil qəsəbə sakini Seyidəli İlqar oğlu Hacıyev xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 44-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.///apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man