Kürdəmirdə avtomobil aşıb, şəhidin həyat yoldaşı ölüb - YENİLƏNİB

Yol qəzaları 21 Oktyabr 2021 | 17:36
OXUNUB: 627

Kürdəmir rayonunda yol qəzasında ölənlərdən biri Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli, mayor Rəhim Hüseynovun həyat yoldaşıdır.

"Report" xəbər verir ki, bu, 35 yaşlı Günel Ələsgərovadır.

O, Bakıdan rayona anım mərasiminə gedirmiş.

16:27

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verri ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib. Bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Ölənlərin meyitləri meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man