DİN saxta COVID-19 pasportu alanlara XƏBƏRDARLIQ ETDİ

25 Oktyabr 2021 | 16:40
OXUNUB: 809
"Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”.

Sfera.az bildirir ki, bunu  açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Diqqətə çatdırırıq ki, saxta COVID-19 pasportunun alınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yaradır. Bəzi insanlar saxta COVID-19 pasportu alaraq vaksin olunmur, özü yoluxaraq başqalarının da yoluxmasına səbəb olur.

Qeyd edim ki, bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bütün bu halların baş verməməsi üçün insanlar saxta koronavirus pasportu almaqdan çəkinməli, qoyulan bütün qaydalara əməl etməli, özünün və başqalarının sağlamlığını qorumalıdır”, - DİN rəsmisi vurğulayıb.
 

(report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man