Bakıda iki maşın toqquşdu:ağır xəsarətlər - FOTO

Yol qəzaları 21 Oktyabr 2021 | 08:47
OXUNUB: 2021

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

Nəticədə "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mercedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən "Mercedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man