Tərtər rayonunda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-da saat 20 radələrində rayonun Sarıcalı kəndi ərazisində Yenikənd kənd sakini S.Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Qarağacı kənd sakini Faniz Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man