Dostunu parçalayan ayı ilə döyüşdü: Məşhur boksçu ağır yaralıdır - FOTO

23 Oktyabr 2021 | 13:45
OXUNUB: 1269
Rusiyalı boksçu Vyaçeslav Dudnik vəfat edib.
 
Sfera.az bildirir ki, buna səbəb onun həmkarı ilə birlikdə ayı hücumuna məruz qalması olub. Belə ki, 23 yaşlı İlya Medvedev və 48 yaşlı Dudnik İrtiş çayına balıq tutmağa gediblər. Dostlar həmin ərazidə boz ayının hücumuna məruz qalıblar. Ayı tərəfindən parçalanan Dudnik dünyasını dəyişib.

Ardınca ayı Medvedevə hücum edib. Ayını silahla dayandırmağa çalışan boksçu əlindəki bıçaqla heyvanı təsirsiz vəziyyətə salmaq istəyib və boğuşma bir neçə dəqiqə davam edib. Cəhdləri nəticəsiz qalan gənc adamın səsinə yaxınlıqlarda ovlanan bir balıqçı gəlib.

Sözügedən şəxs gördüklərini bu cür ifadə edib: "Qayığımla balıq tutmaq üçün İrtiş çayında idim. Qışqırıq səsləri gəldi və dərhal həmin yerə getdim. Ayı ilə boğuşan qanlar içində qalmış gənc adam var idi. Qorxunc mənzərə idi. Ayı silahdan açılan atəşlərə rəğmən, hücum edirdi. İlyanın silahı düşdü və bıçaqla hücum etməyə başladı. Axırda boksçu ayını öldürdü, amma ağır yaralar aldı. Onu qayığa apardım və ən yaxın xəstəxanaya getdik”.

Məlumata görə, başında və bədənində yırtıqlar olan boksçunun vəziyyəti ağırdır və hazırda müalicə alır.

Qeyd edək ki, Medvedev 2019-cu ildə Silahlı Qüvvələrin boks çempionatında 64 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man