Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı - VİDEO

21 Oktyabr 2021 | 23:54
OXUNUB: 1226
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

Sfera.az xəbər verir ki, dövlət başçısı "Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.

Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini qeyd edib.

Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, orada salınımış yeni infrastrukturla tanış olacaq. Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.

Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açıqlamsı istiqamətində işlərin davam etdiyini vurğulayıb.

İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib.
 

<iframe style="width:100%;height:100%;position:absolute;left:0px;top:0px;overflow:hidden" frameborder="0" type="text/html" src="//www.dailymotion.com/embed/video/x8500bc?autoplay=1" width="100%" height="100%" allowfullscreen="" allow="autoplay"> </iframe>
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man