Misirin səhiyyə naziri Halə Zayid yaxın günlərdə ölkənin metro stansiyaları, avtobus və dəmiryolu vağzallarında, habelə məscidlərdə COVID-19 əleyhinə vaksinasiya məntəqələrinin fəaliyyət göstərəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, bu ölkədə ilin sonunadək 40 milyon insana peyvənd vurulması nəzərdə tutulur.
Bu hədəfə çatmaq üçün hazırda Misirin müxtəlif şəhərlərində olan 1100 vaksinasiya mərkəzi kifayət etmir.
H.Zayid hökumətin iclasında bildirib ki, bu günədək 23,3 milyon nəfərə vaksin vurulub.
Onun sözlərinə görə, Misirin 60 milyon dozadan çox vaksin ehtiyatı var və bu günlərdə ABŞ-dan 1 milyon doza “Pfizer BioNTech” peyvəndi gətiriləcək. Bundan başqa, 2022-ci ildən etibarən Misir Yaxın Şərq və Afrika ölkələrinə vaksin ixrac edəcək.
Belə ki, gələn həftə bu ölkənin VACSERA farmasevtika zavodlarında Çinin lisenziyası ilə “Sinovac” peyvəndinin istehsalına başlanacaq. Cari ilin sonunadək bu təsislərdə 40 milyon doza vaksin istehsal edilməsi nəzərdə tutulur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man