Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş- Reyd zamanı üzə çıxdı - VİDEO

İctimai nəqliyyat 17 Oktyabr 2021 | 15:12
OXUNUB: 10326

Masallıda yol polisinin keçirdiyi reydlərdə bir sıra qanunsuzluqlar aşkar olunub.   Reydlər zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olanlar, eləcə də sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər aşkar ediliblər. Bundan əlavə ictimai nəqliyyatda karantin qaydalarına əməl etməyən, maska taxmayanlar da polisin hədəfində olub

Qanunsuz sərnişin daşıyan kim, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən kim...

Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, Masallıda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə reyd keçirilib. Eləcə də, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində karantin qaydalarına əməl edilib-edilməməsi yoxlanıb. 

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs saxlanıb. 

Bu şəxs isə müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olub

Qaydaları pozan sürücülər barəsində müvafiq tədbir görülüb

İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər də polisin hədəfində olub.

Vurğulanıb ki, rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin təmin olunması məqsədilə yoxlamalar bundan sonra da davam etdiriləcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man