Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə görüşmək üçün İstanbul şəhərinin Sarıyer rayonunda Huber köşkünə gedərkən maşın karvanını dayandırıb və Qasımpaşada tanışı olan kafe sahibi Bülənd Safkanla söhbət edib.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Safkan Ərdoğanla söhbəti haqda danışıb.
"Mən də qasımpaşalıyam. Ərdoğan necə olduğumuzu, işlərimizi soruşdu. Heç bir problem olmadığını dedik. Bir-birimizi təsadüfən gördük, keçmiş günləri yad etdik", - deyə o bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man