Yol polisi İsmayıllada reyd keçirdi: sürücülər cərimələndi - FOTO

İctimai nəqliyyat 17 Oktyabr 2021 | 14:23
OXUNUB: 1333

Nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Standartlara cavab verməyən nəqliyyat vasitəsi idarə edən şəxslər barəsində protokol tərtib olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man