Samuxda “Təmiz hava” aylığı çərçivəsində 9 sürücü məsuliyyətə cəlb edilib - FOTO

İctimai nəqliyyat 17 Oktyabr 2021 | 13:45
OXUNUB: 1078

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 9 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Bundan başqa polis əməkdaşlar tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslər də saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 6 nəfər barəsində müvafiq tədbir görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man