Xırdalanda yarışa çıxan marşrut sürücüləri cərimələndi - VİDEO

İctimai nəqliyyat 14 Oktyabr 2021 | 17:25
OXUNUB: 1867

Xırdalanda yarışa çıxan marşrut sürücüləri cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli məlumat verib. Bildirib ki, 50-DO-612 övlət nömrə nişanlı, "Mercedes Benz" markalı mikroavtobusun sürücüsü Zeynalov Vəli Hüseyn oğlu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat və 4 bal cərimə olunub.

Xatırladaq ki, 17-BF-332 və 50-DO-612 qeydiyyat nişanlı marşrut avtobuslarının sürücüləri oktyabrın 12-i Xırdalan şəhəri Heydər Əliyev prospektində yarışa çıxıb. 17-BF-332 nömrəli avtobusun sürücüsü qapısı açıq vəziyyətdə, 50-DO-612 nömrəli mikroavtobusun sürücüsü isə əks istiqamətli zolağa çıxaraq yarışıblar. Bu zaman qarşıdan gələn sürücülərin və avtobusdakı sərnişinlərin həyatı risk altında olub.
Avtobuslar bir-birinə yaxın hərəkət etdiyi üçün sonda yüngül toqquşma da baş verib.

Təbriz

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man