Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol qəzaları ilə bağlı bloqerlərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil: “Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır.
Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir”.
A.Əsgərli qeyd edib ki, bu dönəmdə sosial şəbəkələrdə daha çox bayağı məlumatlar paylaşılır, bayağı informasiyalar verilir: “Heç bir ictimai mesajı olmayan məslələrə toxunulur. Buradan bloqerlərə müraciət edərək bildirmək istəyirik ki, bu cür ciddi məsələlərə toxunsunlar. Biz onlara dəstək olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Sosial şəbəkələrdən aktiv istifadə edən hər kəs cəmiyyəti bu mövzuda maarifləndirsə, yaxşı olar. Məsələn, Taleh Yüzbəyov, Bəhram Bağırzadə və başqaları bu mövzuları işıqlandırsalar, biz onlara əlimizdən gələn köməkliyi göstərərik”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man