Bakıda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib - FOTO - VİDEO

Yol qəzaları 14 Oktyabr 2021 | 09:56
OXUNUB: 420

Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.

“Volkswagen” markalı avtomobilin sürücüsü Məhəmməd Xiyabani küçəsi ilə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini işıqforun yaşıl işığından keçən “Kia” markalı avtomaşına çırpıb. Daha sonra “Volkswagen” yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə və işıqfora çırpılıb. İşıqfor sıradan çıxaraq aşıb. Qəza nəticəsində “Kia”da olan bir nəfər xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man