Bu gün axşam saatlarında Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası və həyəti daxil olmaqla küçəni kanalizasiya suyu basıb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib. Həmçinin küçə də su ilə dolub. Hadisənin miqyası o qədər geniş olub ki, Binəqədi rayon DYPŞ-nın həyəti, inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Əhali buna etiraz olaraq yolu bağlayıb. Hazırda aksiya davam edir. Hadisə yerinə hələ ki, kanalizasiya İdarəsinin işçiləri gəlməyib. Görüntüləri təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man