Binəqədidə qazi maşını şəhidlərin plakatına çırpdı, ölən var - VİDEO

Yol qəzaları 13 Oktyabr 2021 | 18:13
OXUNUB: 22369

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az xəbər verir ki, 99 KB 626 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil sürücüsü, Zakir Məmmədov manevr qaydaları kobud şəkildə pozub. Yüksək sürətlə hərəkət edərək əvvəlcə yolun kənarında dayanmış 99 DV 428 dövlətnömrənişanlı,  "Opel" markalı avtomobilə çırpılıb.  Daha sonra isə Vətən müharibəsi şəhidlərinin şəkilləri olan lövhəyə dəyib. Şahidlərin Avtosfer.az-a bildirdiyinə görə hadisə nəticəsində "BMW"nin sürücüsü Zakir Məmmədov xəsarət alıb. "Opel" markalı avtomobilin sürücüsü Qurban İsmayılov isə hadisə yerində keçinib. Hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək qəzanı törədən şəxsin qazi olduğu bildirilir.  Həmçinin avtomobilin ön tərəfində dövlət nömrə nişanlı olmayıb. 

Videonu təqdim edirik:

Fərid

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man