Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün şəkildə istifadə etməyən sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 13 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man