"Mercedes-AMG GT" modellərini istefaya göndərəcək

Nəqliyyat xəbərləri 13 Oktyabr 2021 | 15:19
OXUNUB: 506

İspaniyanın Motor.es saytı Mercedes-AMG bölməsinin GT kupe və rodsterinin istehsalına son verdiyini bildirib. Sportkarlara sifarişlərin qəbulu dayandırılıb, konveyerdən isə əvvəllər sifariş edilmiş avtomobillər çıxmaqdadırlar. GT modellərinin 2021-ci ilin dekabr ayında rəsmən istefaya göndəriləcəkləri bildirilib. Bununla belə, beşqapılı liftbekin istehsalı davam etdiriləcəkdir. İstefaya göndərilən GT rodsterini yeni Mercedes-AMG SL modeli əvəzləməlidir. Kupenin varisi barədə məsələ hələlik açıq qalmaqdadır.

Mercedes-AMG GT modeli 2014-cü ildən bəri istehsal olunur və 2020-ci ildə bu xəttin ən güclü modeli– GT Black Series versiyası işıq üzü görüb. “Qara” seriyadan olan modellər 730 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 M178 LS biturbomühərriki ilə hərəkətə gəlirlər. Güc aqreqatı yeddi pilləli AMG Speedshift DCT 7G “robotu” ilə tandemdə çalışır.

Mercedes-AMG GT Black Series modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayır, onun maksimal sürətiisə 325 km/saat həddində məhdudlaşdırılıb.

GT rodsterinin varisi olancaq SL modeli qatlanan yumşaq dama, 2+2 oturacaq formuluna, 4Matic+ tam ötürməsinə sahib olacaq və müxtəlif elektrikləşmə səviyyəsinə malik olan dörd, altı və səkkiz silindrli güc aqreqatları ilə təchiz ediləcəkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man