Bakıda yük maşını avtobusa çırpıldı: 5 ölü, 20 yaralı var - FOTO + YENİLƏNİB

Yol qəzaları 13 Oktyabr 2021 | 08:18
OXUNUB: 3044

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 20 nəfər yaralanıb. 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

3 saylı Kliniki Şəhər Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirlib. Onlardan 2 nəfər hazırda əməliyyat olunur, 4 yaralı reanimasiyaya yerləşdirilib. 10 nəfər vəziyyəti yüngüldür və sarğı edilib. 

***

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99-DH-343 qeydiyyat nişanlı "Shacman" markakı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

 

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man