Etibarnaməsi və sürücülük vəsiqəsi olmayanlar qəza törətdi: Ailə faciəsi yaşandı

Yol qəzaları 11 Oktyabr 2021 | 16:07
OXUNUB: 1726

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisindən (DYP) Avtosfer.az-a verilən məlumata görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abbasov Pərviz Rəfi oğlunun etibarnamə olmadan idarə etdiyi “NAZ LİFAN” markalı, 26-BC-131 dövlət qeydiyyat nişanlı avtomobillə, 1999-cu il təvəllüdlü Nuruzadə İlkin Ələsgər oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes-Benz” markalı, 90-ST-280 dövlət qeydiyyat nişanlı və 1971-ci il təvəllüdlü Hüseynov Arif Əjdər oğlunun idarə etdiyi eyni markalı, 10-RX-059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşub.

Nəticədə “NAZ LİFAN” markalı avtomobilin sürücüsü P.Abbasov ölüb, avtomobildə olan sərnişinlər: həyat yoldaşı 1993-cü il təvəllüdlü Allahverdiyeva Məhəbbət Elçin qızı, qızları 2013-cü il təvəllüdlü Kəmalə, 2015-ci il təvəllüdlü Sevda və oğlu 2019-cu il təvəllüdlü Abbas, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişin 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu xəsarətlər alıblar.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man