Çin şirkəti qadınlar üçün smartfon buraxacaq

Yeniliklər 10 Oktyabr 2021 | 00:00
OXUNUB: 1432

“Huawei” qadınlar üçün qatlana bilən bir smartfon üzərində işləyir.

İlk cinsiyyət yönümlü qatlana bilən telefonun yaradılacağı barədə Çinin məşhur insayderi "Digital Chat Station" məlumat yayıb.

Müəllif “Weibo”dakı bloqunda, “Huawei”in qadın auditoriyası üçün cihaz kimi yerləşdiriləcək smartfon buraxacağını söyləyib.

Mütəxəssis cihazın hansı səbəblərdən qadınlar üçün nəzərdə tutulduğunu açıqlamayıb.

Bununla bərabər, müəllif ağıllı telefonun qapaqlı bir formada olacağını, yəni açılacağını və şaquli qatlanacağını deyib. Mənbə yeni “Huawei” cihazının nə vaxt satışa çıxarılacağını bildirməyib.

Çin korporasiyasının ən son qatlana bilən smartfonu fevral ayında buraxılan Mate X2-dir. Cihaz iki yarıdan ibarətdir, içərisində səkkiz düymlük OLED ekran, xaricində-6.45 düymlük ekran var.

Telefon Kirin 9000 çipi ilə təchiz edilib, səkkiz gigabayt RAM, 50, 12, 8 və 16 meqapiksellik dörd linzalı Leica kamerasına malikdir.///lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man