Qəzaya düşən motosiklet sürücüsü üç gün sonra öldü

Yol qəzaları 09 Oktyabr 2021 | 15:24
OXUNUB: 752

İmişlidə bir neçə gün əvvəl avtomobillə toqquşan motosiklet sürücüsü xəstəxanada ölüb.

Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə oktyabrın 5-də İmişli rayonunda qeydə alınıb.

 

 

Bakı şəhər sakini Saleh Hümbətovun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə rayon sakini Mirbala Zeynalovun idarə etdiyi “İJ” markalı motosiklet toqquşub.

Ağır xəsarət alan motosiklet sürücüsü İmişli rayon Xəstəxanasına yerləşdirilib. O, daha sonra Bakıya aparılaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, M. Zeynalov ötən gün həyatını itirib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man