"KamAZ" Azərbaycanda yeni servis mərkəzləriAÇACAQ

Yeniliklər 09 Oktyabr 2021 | 12:33
OXUNUB: 593

Rusiyanın "KamAZ" şirkəti yaxın gələcəkdə Azərbaycanda yeni servis mərkəzlərinin açılmasını və tərəfdaşı "Gəncə Avtomobil Zavodu" müəssisəsinin servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırır.

Bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, "KamAZ"ın strateji planları sırasına Cəbrayıl şəhəri yaxınlığında servis mərkəzinin tikintisi də daxildir:

"Biz həmçinin "Gəncə Avtomobil Zavodu"nun Bakı və Gəncə şəhərlərində servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırırıq. Bundan başqa, müştərilərimizə yüksək keyfiyyətli və ərazi baxımından əlçatan xidmətlərin təklif olunması üçün yeni servis mərkəzlərinin açılması imkanları nəzərdən keçirilir".

Şirkətdən onu da bildiriblər ki, Azərbaycanın perspektiv kommersiya bazarına çıxış məqsədilə "KamAZ" və Gəncə Avtomobil Zavodu" birgə lizinq şirkəti açacaq. (Trend)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man