ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb - FOTO

Yol qəzaları 09 Oktyabr 2021 | 11:00
OXUNUB: 393

ABŞ-ın Corciya ştatındakı hava limanı ərazisində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Bu barədə yerli “FOX 5” telekanalı De-Kalb dairəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

“Cümə günü günortadan sonra De-Kalb-Piçtri hava limanında baş verən qəzadan sonra yanan təyyarənin göyərtəsində 4 nəfər olub. Onların hamısı ölüb”, - deyə yanğınsöndürmə xidmətindən bildirilib.

Telekanalın məlumatına görə, qəzadan sonra hava limanı bağlanıb. Təyyarədə olan sərnişinlərin kimliyi hazırda açıqlanmır.

ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyatda Təhlükəsizlik Şurası hadisəni araşdırır.

ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb - FOTO ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb - FOTO

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man