Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri yaxınlıqdakı nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, sürətli yolun sağ zolağı ilə hərəkət edən “VAZ-2107” markalı avtomobil, geriyə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Bu hadisənin baş verməsinin əsas səbəbi geriyə hərəkət edən sürücünün təhlükəsizliyi təmin etməməsidir. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin XIII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.
Videogörüntüdən də aydın görünür ki, sürücü təxminən 50-100 metr məsafəni geriyə hərəkət edir, bununla yanaşı həmin manevri yolayrıcında həyata keçirir. Qeyd edək ki, qanunvericiliyə görə yolayrıcında geriyə hərəkət təhlükəli olduğu üçün, bu cür manevr qadağan edilib. Geriyə hərəkət etmənin qadağan edilmədiyi yerlərdə isə sürücünün bir neçə yüz metr yox, bir neçə metr (3-5 metr) geriyə hərəkət etməsi tövsiyə olunur. Geriyə hərəkət etməklə uzun məsafə qət etmək fikrində olan sürücülər bu cür ağır qəzalara yol aça bilər.
Baş verən bu hadisədə “VAZ” markalı avtomobilin sürücüsünün də əməlinə qiymət verilməlidir. Əslində sürücü maneəni görən anda zol zolağa yerdəyişmə etməklə qəzadan yayına bilərdi. Güman olunur ki, sürücünün fikri idaretmədən yayınıb. Sükan arxasında fikir yayınıqlığı əsasən mobil telefondan istifadə edən sürücülərdə müşahidə olunur. Ona görə də sükan arxasına keçən hər bir sürücü telefonu kənara qoymalı və diqqətini yoldan çəkməməlidir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man