"Skoda" Çexiyada avtomobil istehsalını dayandıra bilər

Nəqliyyat xəbərləri 08 Oktyabr 2021 | 11:13
OXUNUB: 536

Çexiyanın avtomobil istehsalçısı şirkəti "Skoda" elektron komponentlərin çatışmazlığı səbəbindən oktyabrın 18-dən etibarən Çexiyadakı zavodlarında avtomobil "istehsalını əhəmiyyətli dərəcədə azaldacaq və ya tamamilə dayandıracaq.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müəssisə müdiriyyətinin nümayəndəsi Tomaş Kotera deyib.

T.Kotera bildirib ki, elektron komponentlərin çatışmazlığı ilə bağlı qlobal böhran "Skoda"dan da yan keçməyib: "Oktyabrın 18-dən bu ilin sonuna qədər Çexiyadakı zavodlarda yeni avtomobillərin istehsalını əhəmiyyətli dərəcədə azaldacağıq və ya tamamilə dayandıracağıq".

Onun sözlərinə görə, "Şkoda"nın Çexiyadakı zavodlarının işçiləri qarşıdakı 3 ay ərzində şirkətin meydançalarında olan avtomobillərin yığılmasını tamamlamağa çalışacaqlar.

Nümayəndə bildirib ki, hazırda təxminən 50 min tamamlanmamış avtomobil var.

Unikal.org

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man