Azərbaycanda yol qəzalarında üç nəfər xəsarət alıb

Yol qəzaları 08 Oktyabr 2021 | 10:22
OXUNUB: 393

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Qədirov Elçin Həmdi oğlu xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diqanozu qoyulub.

Digər hadisə paytaxtın Nərimanov rayonunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Mustafayev Amil Qiyas oğlu yaralanıb. Xəstəxanaya aparılan yaralıya bədənin əzikləri diaqnozu qoyulub.

Ələt-Astara yolunda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzada 1993-cü il təvəllüdlü Bibişli İsak Təyyar oğlu ağır xəsarət alıb. Xəstəxanada həkim tərəfindən ona açıq kəllə-beyin travması diqanozu qoyulub. Hər üç faktla bağlı araşdırma aparılır. (Report)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man