“Saxta səsyazıları, montaj olunmuş görüntülər...” - Abdullahian Bakıya "terrorçu sübutları" ilə gəlir?

13 Oktyabr 2021 | 12:31
OXUNUB: 1262
"Terrorçu” iddiasını hələ müharibənin gedişində Xamenei gündəmə gətirdi. Ötən bir il müddətində də eyni iddianı təkrarlayırlar. Lakin indiyə qədər heç bir dəlil açıqlanmayıb. Məhz indi "dəlil-sübutdan” bəhs etmələri diqqət çəkir. Bu, İranın iddialarını "sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb”.

Bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı İran XİN sözçüsü Səid Xətibzadənin ötən gün Azərbaycan haqda danışarkən əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazılarının olması haqda səsləndirdiyi iddaları şərh edərkən deyib. 
 
Ekspert qeyd edib ki, müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana "terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səsyazıları və görüntülər hazırlayırdı:

"Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr quraşdırırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması da bunun sübutu idi”.

Ekspert düşünürt ki, İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər:
 
"Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır. İstisna deyil ki, həmin "dəlil-sübutu”, "səs yazılarını” İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian Bakıya səfərində gətirəcək. Məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man