Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO

Yeniliklər 07 Oktyabr 2021 | 15:25
OXUNUB: 1428

“Suveyş kanalında baş verənlərdən sonra Zəngəzur dəhlizi və bütövlükdə Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat koridorlarına marağın artması müşahidə olunur. Nəzərə alsaq ki, Zəngəzur koridoru Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda, artıq Zəngəzur dəhlizinin istifadəyə verilməsilə bağlı Azərbaycan ərazisində infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi müşahidə olunur”. Bu barədə bizim.media-ya danışan millət vəkili Vüqar Bayramov əlavə etdi ki, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq dəmiryol, həm də avtomobil yolu inşa olunur. Belə ki, Horadiz-Ağbənd, o cümlədən Horadizlə Zəngilanı birləşdirəcək dəmir yolu, eləcə də avtomobil xətti Zəngəzur dəhlizinə birləşəcək: “Bu da nəticə etibarı ilə koridorla daşınan yüklərin həcminə təsir göstərəcək. Zəngəzur dəhlizindən yalnız region ölkələri deyil, yükdaşımalarda xüsusi payı olan dövlətlər istifadə edə biləcəklər. Avropa Birliyi ölkələri və Çin bu koridorun potensial istifadəçiləri sırasındadır. Baxmayaraq ki, qonşu Rusiya, Türkiyə və İranın da bu koridordan yararlanacağı gözlənilir. Çin üçün Avropaya daşınmalarda Azərbaycan ərazisi praktik olaraq cəlbedicidir”. 
Vüqar Bayramov pandemiyadan qabaq Azərbaycan üzərindən daşınan qeyri-neft məhsullarının həcmindəki 65 faizlik artımı da xatırlatdı. Bu isə həm də ölkədaxili valyutanın artırılması baxımından da vacibdir.
Millət vəkilinin fikirlərinin davamı videoda:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man